• Bakı 15° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

"F1" komandasının bazası naməlum şəxslər tərəfindən hücuma məruz qalıb

FORMULA 1

14 Noyabr 2025 | 14:03

F1 komandasının bazası naməlum şəxslər tərəfindən hücuma məruz qalıb

"Formula 1" komandası "Alpin"in Fransadakı bazası naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Bakıvaxtı.az "Le Parisien"ə istinadən xəbər verir ki, noyabrın 10-da iki naməlum şəxs "Alpin" komandasının bazasına daxil olub.

Cinayətkarların pəncərəni sındıraraq rəhbərliyin ofislərinə daxil olduqları, bir neçə ofis qapısına zərər vurduqları, lakin heç bir sənəd oğurlanmadığı vurğulanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.


SON XƏBƏRLƏR