2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olan və Türkiyədə 7,7 və 7,6 bal gücündə baş verən dağıdıcı zəlzələlər zamanı həlak olanların xatirəsi Hatay vilayətində keçirilən səssiz yürüşlə anılıb.
Bakıvaxtı.az xəbər verir ki, yürüşdə iştirak edən yüzlərlə insan “Səsimi eşidən varmı?” şüarını səsləndirərək, zəlzələ zamanı dağıntılar altında qalaraq həyatını itirənləri yad edib. Anım mərasimi çərçivəsində Asi çayına qərənfillər səpilib.
Tədbirdə həlak olanların xatirəsinə müxtəlif dini icmaların rəhbərləri tərəfindən dualar oxunub. Anım mərasimində vilayətin dini rəhbəri Mövlüt Topçu, Ortodoks, Katolik və Protestant kilsələrinin keşişləri, həmçinin Yəhudi və Erməni icmalarının rəhbərləri mərhumların ruhuna dualar ediblər.
Qeyd edək ki, sözügedən zəlzələlər nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı 






