• Bakı 24° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Minlərlə turistin axın etdiyi Bakıda o gündəm oldu - VİDEO - FOTOLAR

FORMULA 1

19 Sentyabr 2025 | 10:35

Minlərlə turistin axın etdiyi Bakıda o gündəm oldu - VİDEO - FOTOLAR

Bakıda Formula 1 üzrə ayrılmış zonada gəzən pişik ötən gündən dünyada marağa səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Formula 1, “McLaren”, “Mercedes AMG F1” və digər komandaların rəsmi instaqram və “X” səhifələri pişiyin görüntülərini paylaşıb.

Hətta “Mercedes AMG F1”nin hesabında o, “Kitty Antonelli” kimi təqdim olunaraq Bakının ulduzu adlandırılıb.

Sərbəst yürüşlərin baş tutacağı ərazidə gəzən pişiyin foto və videoları isə sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, “Formula 1 üzrə Azərbaycan Qran-Prisi” 19-21 sentyabr tarixlərində keçiriləcək. 8-ci dəfə ölkəmizdə baş tutan yarışı izləmək üçün Bakıya 13 mindən çox turistin gələcəyi gözlənilir.

Həmin görüntüləri təqdim edirik:

 









SON XƏBƏRLƏR

18 Sentyabr 2025