• Bakı 25° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Qurbanov yeni "Qarabağ" yaradır

İDMAN

24 Noyabr 2024 | 23:41

Qurbanov yeni "Qarabağ" yaradır

"Qarabağ" 1 günlük aradan sonra Premyer Liqada liderlik mövqeyini geri qaytardı.

Bayılda "Səbail" 3 cavabsız qol vuraraq, onlardan gözləniləni etdilər.

Bakıvaxtı.az sportinfo.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov artıq dəyişim yolu seçib. O, spesifik "Qarabağ" futbolu anlayışına düzəliş verməyə, yenilik gətirməyə başlayıb.

Fikrində qərarlıdır. Prosesi sakit aparır.

Keçidin orbitində iki Aleksey dayanır. Biri Kaşuk, biri də İsayev.

Qurbanov onlardan yararlanmaqla, həmişəkindən fərqli "Qarabağ" modeli üzərində işləyər. Bunu B variantı da adlandıra bilərik.

İsayevlə Kaşuk "Sabah"da fenomen sayılırdı. Murad Musayev burada çalışdığı müddətdə onların köməyi ilə əla, başqalarına bənzəməyən komanda qurmuşdu.

Qurban Qurbanov həmkarının praktikasından bəhrələnməklə, ikinci stili "Qarabağ"a aşılamaqdadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026