• Bakı 25° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Qvardiola "Mançester Siti"dən başqa klubu çalışdırmaq istəmir

İDMAN

10 Dekabr 2024 | 22:11

Qvardiola "Mançester Siti"dən başqa klubu çalışdırmaq istəmir

İngiltərə təmsilçisi "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başqa klubu çalışdırmaq istəmədiyini söyləyib.

Bakıvaxtı.az  "City Xtra"ya istinadən xəbər verir ki, mütəxəssis başqa komandada çalışmağa gücünün qalmadığını deyib:

“Gələcəkdə hansı hadisələrin cərəyan edəcəyini bilmirəm. Lakin hazırda başqa klubda işləmək kimi fikrim yoxdur. Yəqin ki, buna gücüm çatmaz. Bəlkə hansısa yığmada çalışa bilərəm. Lakin başqa bir klubun baş məşqçisi olmaq istəmirəm".

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildə "Mançester Siti"nin baş məşqçi təyin olunub. "Şəhərlilər" onun rəhbərliyi altında son 9 matçda cəmi 1 qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026