• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Məktəblərdəki problemlər nədən qaynaqlanır? - Dos. İlham Əhmədov yazır
YAZARLAR
14 Mart 2022 | 16:29

Məktəblərdəki problemlər nədən qaynaqlanır? - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Bu  gün məktəb təhsilində xeyli problemlərimiz  var. Bunlar istər təlim, istərsə də tərbiyə sahəsində müşahidə edilir.

Son 2 ayda məktəb problemləri ictimaiyyətin diqqətini cəlb etdi,  KİV-lərdə və sosial şəbəkələrdə müzakirə mövzusu oldu.  Belə problemlər əvvəllər də məktəblərdə müşahidə edilirdi. Lakin o vaxtlar təhsilin idarəetmə sistemində  peşəkar təhsil işçiləri çox olduğundan, bu problemlərin həllində müasir və  klassik pedaqoji elmin nailiyyətlərindən istifadə edərək, problemləri elmi əsaslarla həll edə bilirdilər. Lakin son illər  təhsilin  idarə edilməsində qeyri peşkarların sayının artması, nəinki yeni tərtibli problemləri, heç ənənəvi problemləri də həll etməyə imkan vermir. Təcrübəsizlik və qeyri peşəkarlıq öz sözünü deyir. Xüsusən Təhsil İnstitutunun bu sahədə  fəaliyyəti zəif hiss edilir.

Bu yaxınlarda RF Dövlət Dumasının vitse spikeri Pyotr  Tolstoy  öz müsahibəsində bildirib ki, RF-nın təhsil islahatları xaricdən, dost olmayan ölkələr tərəfindən ölkəyə idxal edilmişdir, bu səbəbdən təhsil sahəsində ilbəil geriləmə hiss edilir. Qeyd edək ki, RF-da bizdəki kimi, təhsil islahatlarının təşkilatçısı Dünya Bankıdır.

P.Tolstoy RF-da təhsilin 2  ciddi probleminin olduğunu  xüsusi qeyd edir: keyfiyyətin aşağı olması və təhsilin səmərəsizliyi. O, məktəblərdə tərbiyə işinin də aşağı səviyyədə olmasını qeyd edir. Bunun səbəbi kimi ölkədə ideologiyanın olmamasını qeyd edir. RF müəllimlərinin çoxu bu fikirlərlə razıdırlar. Göründüyü kimi bu problemlər elə bizim təhsil sisteminə də xasdır.

Bizim məktəblərdə də xeyli problemlər var. Bu problemlərin bir qismi  aysberqin üzdə görünən hissəsi kimi aşkar görünür, bir qismi isə  aysberqin suyun altında qalan hissəsi kimi daha dərindədir. Bu problemlərin bəzilərinə nəzər yetirək. 

Şagird və müəllimlərin həddindən artıq yüklənməsi. İnsanın fiziki və bioloji  imkanları məhduddur. İnsan həddən artıq yüklənəndə təbii ki,  inkişaf haqqında düşünə bilməz. Belə insan, yalnız istirahət haqqında düşünər. Bu gün müəllimlər də, şagirdlər də çox yükləniblər. Müəllimlər müxtəlif hesabatların hazırlanması, KSQ, BSQ v.s. ilə, şagirdlər isə məktəb-repetitor  sistemində paralel təlim almaqla çox yüklənirlər.

Yüksək təhsil nəticələrinə nail olmaq üçün repetitorların xidmətindən istifadə.

Bu gün ölkəmizdə bu ciddi problemdir. Artıq 30 ildir ki, bu problem mövcuddur, nəticədə formal təhsil ilbəil zəifləyir, amma Təhsil Nazirliyi bu problemin həllində həəvəsli görünmür, yoxsa 30 il  gözləməzdi,  elə 1-2 ilə bunu həll edə bilərdi.  Bu  problemin bir səbəbi məktəb müəllimlərinin  məzmunca tədrisi qurması ilə  qəbul imtahanlarının aparılması arasında uçurumun olmasıdırsa, digər səbəbi müəllimlərin maaşının hələ dəaşağı olmasıdır. Digər tərəfdən məktəb müəllimlərinin  həm də repetitor kimi çalışır və bu  ümumi işin səmərəsinə  mənfi  təsiridir. Ümumən repetitorluğun ləğv edilməsi təhsilimizin inkişafına dəstək ola bilərdi.

Cəmiyyət təhsili  dəyər saymır. Məktəbdə təhsil pulsuzdur. Ancaq  valideynlər repetitorlara  təlim üçün pul ödəyirlər, bu səbəbdən də valideynlər uşağın repetitorla necə təlim keçdiyini  izləyir, fənni öyrənmək üçün təhsil motivasiyası  formalaşmasına kömək edir.

Təhsil mühitinin müxtəlifliyi. Ölkədə vahid təhsil mühitinin qurulması zəruridir.  Təhsildə bir çox amillər resurslardan asılıdır. Resurslar  isə  müxtəlif regionlarda fərqlidir, paytaxtda və iri şəhərlərdə daha yaxşıdır, nəinki kəndlərdə, xüsusən İnternetin əlçatanlığı fərqlidir. Təhsil mühiti  və bunun nəticəsi kimi təhsil məkanının müxtəlifliyi problemi  həll edilməlidir.

Müəllimlərin peşəkarlıq səriştələrininmüxtəlifliyi   İnsanların  peşəkar səriştəliyi eyni ola bilərmi? Söhbət müəllimlərin fərqli olmasında  deyil, əslində insanların hamısı fərqlidir. Hər kəsin fərqli təcrübəsi, qabiliyyəti, biliyi və bacarığı var. Müəllimlərin peşəkar kompetensiyalarının  eyniliyini təmin edə biləcək ixtisasartırma kursları yaradılmalıdır.

İxtisaslı kadr çatışmazlığı (loqoped, defektoloq, psixoloq və s.)  Amma bu faktların problem kimi tanınması, qəbul edilməsi bu problemin həll olunacağına ümid verir.  Çünki sağlamlıq imkanları məhdud uşaqların sayı durmadan artır. Bunun bir çox səbəbləri var, amma konkret həll  yolları  hələ də yoxdur. Səriştəli Loqoped,  defektoloq və psixoloqların sayı hələ də azdır.  

Qeyri normal davranışlı şagirdlərin sayının artması. İndi çox məktəblərdə belə şagirdlərə  rast gəlmək olar. Məktəblər belə şagirdlərlə işi adekvat  qura bilmir. Şagirdlərin  demək olar ki, hamısının  məktəbdə mobil telefondan istifadə etməsi, məktəbdə olan hadisələrin video çəkilişi və sosial şəbəkələrdə yayılması, şagird-müəllim-valideyn münasibətlərinin düzgün qurulmaması, məktəblərdə  qeyri-qanuni pul yığımı kimi məsələlər də tədrisin normal təşkilinə problemlər yaradır.

Hesab edirik ki, bu problemlərin həlli istiqamətində Təhsil Nazirliyi ciddi düşünməlidir.

 

 


SON XƏBƏRLƏR