• Bakı 19° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Yeni dərs ili və... - Qalib İbrahimoğlu yazır
YAZARLAR
15 Sentyabr 2023 | 11:02

Yeni dərs ili və... - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

15 Sentyabr Azərbaycanda Bilik Günüdür. Bütün müəllimləri, valideynləri, şagirdləri, tələbələri yeni dərs ilinin başlaması münasibətilə təbrik edirəm.

Yeni dərs ili başladı. Anasının əlində yekə gül dəstəsi, özü bir əliylə göz yaşını silən, o biri əlindəki bulkadan  yekə bir dişlək alıb gözünü döyən birinciləri təbrik edirəm.

Yeni dərs ili başladı. Direktora pul verib həftənin 2 gününü məktəbə, qalan günlər repetitor yanına, kurslara gedən onbiricilər, bilik gününüz mübarək.

Yeni dərs ili başladı. Vicdanla dərsini keçib, şagirdlərə atalıq-analıq edən MÜƏLLİMLƏR, sizə aurıca TƏBRİK düşür.

Yeni dərs ili başladı. Axırıncı “zvonok”un çalınmasını səbirsizliklə gözləyən, məktəbə candərsi gələn, dərsi alabaşıa, külbaşına keçib, dərsdən sonra repetitorluğa tələsən müəllimlər, sizi də təbrik edirəm.

Yeni dərs ili başladı. Uşaqlarıyla məktəbə ayaq döyən, indidən Müəllimlər gününə pul yığmaq üçün vatsap qrup yaradan valideynlərə də təbriklər.

Yeni dərs ili başladı. “Probkadır, ay anam, ay bacım, görmürsən? Ora girə bilməyəcəm. Yuxarılara şikayət edin” deyib marşrut avtobusu gəldiyi yolla geri döndərən sürücülər, sizə də təbrik düşür.

Yeni dərs ili başladı. Tıxacın qarşısını almaq məqsədilə yolun ortasında dayanıb yaşıl işıqda keçməli olanlara qırmızı işıqda keçmək göstərişi verən, qırmızıda dayanmalı olduğumuz halda yaşılda gözlədən yol polisləri, sizi də təbrik edirəm.

Yeni dərs ili başladı. Universitetlərin, məktəblərin yanındakı adı qəzet köşkü olsa da, qəzet üzünə həsrət qalan köşk satıcıları, “ştuçnı” siqaret bazarı mövsümünüz mübarək.

Yeni dərs ili başladı. Qısası, Bilik Günündən uzaqdan-yaxından hər kəsə pay düşür. Bilik Gününüz mübarək.


SON XƏBƏRLƏR

27 Aprel 2024